Qəbələdə dəhşətli CİNAYƏT: Məktəbli anasını təhqir edən 40 yaşlı kişini BIÇAQLADI — DETALLAR

KRİMİNAL 11 avqust 2025, 10:02
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən, yetkinlik yaşına çatmayan Əhməd Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Demokrat.az  “pravda.az”a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib. İttihama görə, hadisə 2024-cü ildə Qəbələ şəhərində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Əhməd Cəfərov gecə saatlarında mobil nömrədən həmkəndlisi və əvvəlcədən anası ilə aralarında olan mübahisələr nəticəsində küsülü, habelə ailə üzvləri ilə ədavətli olan zərərçəkmiş Zamiq Qafarova (soyadı şərtidir) bir neçə dəfə zəng edərək onu görüşə çağırıb. O, 40 yaşlı zərərçəkmiş şəxsin digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirib, bu barədə ona iradını bildirib.
 
Yüngül dərəcəli alkoqol qəbul etdiyi üçün sərxoş vəziyyətdə olan Əhməd görüş zamanı Zamiqlə mübahisə edərkən üzərində apardığı mətbəx bıçağı ilə onun qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq bədən xəsarətləri yetirib.

Hadisədən sonra Əhməd Cəfərov saxlanılıb və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əhməd Cəfərov hadisəni törədən zaman məktəbin 11-ci sinfində oxuyurmuş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 12:20
Top