Bakının Xəzər rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də rayonun Binə qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Tacəddin Mehdiyev həmin gün saat 22 radələrində yaşadıqları evdə qeyri rəsmi münasibətdə olduğu arvadı Zəhra (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı T. Mehdiyev zərərçəkmiş şəxsin saçlarından tutub, yumruq və təpiklə bədənin müxtəlif nahiyələrindən vurub.
Hadisəni törədən T. Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən məhkum olan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikaha daxil olub: “Zəhra ilə birgə qeyri-rəsmi nikahdan bir övladımiz var. Binə qəsəbəsində yerləşən evdə birlikdə yaşayırıq. Son zamanlar əsəblərim gərgin olduğu üçün evdə bir neçə dəfə münaqişə yaratdım. Aprelin 25-də, saat 22 radələrində aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadımı bir neçə dəfə vuraraq xəsarət yetirdim”.
İş üzrə izahat verən zərərçəkmiş şəxsin sözlərinə görə, əri səbəbsiz yerə mütəmadi olaraq evdə münaqişə yaradır: “Aprelin 25-də, saat 22 radələrində yaşadığı ərim evdə içkili vəziyyətdə heç bir səbəb olmadan mənimlə mübahisə etdi. Saçımdan tutaraq yumruq və təpiklə bir neçə dəfə bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Belimdən tutaraq məni yerə çırpdı”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçıkmişlə barışıb. Zərərçəkən qadının ərini bağışladığı, ona qarşı şikayətini geri götürdüyü məlum olub.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az