"Cənubi Qafqaz onilliklər boyu davam edən qarşıdurma və qeyri-sabitlikdən sonra, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsi ilə yeni bir siyasi mərhələyə qədəm qoydu. 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi təkcə silahların susmasına səbəb olmadı, eyni zamanda, bölgədə güc balansının yenidən qurulması prosesini başladan tarixi dönüş nöqtəsinə çevrildi. Bu müddətdə Azərbaycan həm hərbi üstünlüyünü, həm də sülh vizyonunu diplomatik müstəviyə daşıyaraq Cənubi Qafqazın ən vacib aktoru olduğunu sübuta yetirdi".
Demokrat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dr.Muxtar Fatih Beydili deyib.
O bildirib ki, 2021-ci ilin noyabrında Ermənistan tərəfinə rəsmi sülh təklifi təqdim edən Bakı, 2022-ci ilin fevralında beş əsas prinsipdən ibarət saziş layihəsini qarşı tərəfə çatdırdı:
"Bu təşəbbüs Moskvadan Brüsselə, Vaşinqtondan bölgə paytaxtlarına qədər uzanan çoxşaxəli diplomatiya marafonunun başlanğıcı oldu. Son olaraq ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar tərəflərin yazılı sülh mətnində razılığa gəldiyi ən kritik mərhələlərdən birini ifadə edir. Müharibədən sonra ilk mərhələdə Rusiyanın təşəbbüsü ilə başlayan danışıqlar Ukrayna müharibəsi və dəyişən geosiyasi balanslar səbəbindən zəifləmişdi. Avropa İttifaqı prosesə qoşulsa da, Fransanın açıq şəkildə Ermənistan tərəfini müdafiə edən mövqeyi tərəfsizlik amilini zədələdi və Parisin masadakı çəkisini xeyli azaltdı. Bu boşluq isə Vaşinqtonun ön plana çıxmasına zəmin yaratdı. ABŞ paytaxtında keçirilən son görüşdə tərəflər razılığa gəldilər. Lakin sazişin davamlı olması Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maddələrin dəyişdirilməsinə bağlıdır".
"Vaşinqtondakı müzakirələrin mərkəzində Zəngəzur dəhlizi dayanırdı. Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək bu xətt, yalnız iki ölkə münasibətlərini normallaşdıracaq bir nəqliyyat layihəsi deyil, həm də Türkiyə üzərindən Orta Asiyaya uzanacaq yeni ticarət və logistika şəbəkəsinin strateji halqasıdır. Bakı bu dəhlizdə tam maneəsiz və təhlükəsiz keçid prinsipi ilə, İrəvan isə suverenlik arqumentləri ilə nəzarət səlahiyyətini əlində saxlamaq istəyir. Bəyannamədə dəhlizin Ermənistandan keçən hissəsinə Amerika şirkətinin cəlb edilməsi də yer alıb. Türkiyə isə prosesin əvvəlindən etibarən Azərbaycanın yanında olub. Eyni zamanda, Ermənistanla normallaşma addımlarını sülh danışıqları ilə paralel diplomatik xətt üzrə aparıb. Ankaranın strateji məqsədi yalnız Bakı ilə İrəvan arasında davamlı sülhü təmin etmək deyil, həm də Qafqazda nəqliyyat şəbəkələrini gücləndirərək iqtisadi inteqrasiyanı sürətləndirməkdir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Ankara-Bakı xəttini Orta Asiyaya uzanan regional inteqrasiyanın onurğa sütununa çevirəcək.
İran Cənubi Qafqazda geosiyasi dəyişikliklər istəmədiyi səbəbi ilə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxır. Tehran dəhlizin Ermənistanın quru əlaqələrini məhdudlaşdıra biləcəyindən narahatdır. 2024-cü ilin sentyabrında İran xarici işlər naziri Abbas Əraqçı sərhəd dəyişikliklərinin İran üçün "qırmızı xətt" olduğunu və layihənin qəbuledilməzliliyini bəyan edib", - deyə müsahibimiz əlavə edib.
M.F.Beydili onu da diqqətə çatdırıb ki, Azərbaycan bu gün yalnız Qarabağdakı hərbi qələbəsi ilə deyil, enerji diplomatiyasındakı fəallığı və çoxyönlü xarici siyasət manevrləri ilə də seçilir:
"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən coğrafi mövqeyi Bakıya təbii bir logistika və enerji mərkəzi olma potensialı qazandırır. Zəngəzur dəhlizinin işə düşməsi yalnız Azərbaycan-Ermənistan münasibətlərini dəyişdirməyəcək, eyni zamanda, türk dünyasındakı inteqrasiyanı da dərinləşdirəcək. ABŞ-dəki bu son görüş Azərbaycanın diplomatik və geosiyasi çəkisini artırdığı bir dövrə təsadüf edir. Qarabağdakı hərbi qələbəsini diplomatik uğurlarla möhkəmləndirən Bakı, sülh prosesinin memarlarından biri kimi tarix səhnəsində yerini gücləndirir.
Sazişin imzalanması fonunda Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazda üç əsas dəyişikliyə yol aça bilər. Regional inteqrasiyanın sürətlənməsi - Azərbaycan, Ermənistan, Gürcüstan və qonşu ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişlənməsi. Enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi - TANAP və TAP kimi mövcud layihələrlə yanaşı yeni enerji və logistika xətlərinin işə salınması və regional güc balansının yenidən müəyyənləşməsi - Rusiya, Türkiyə, İran və Qərb arasında nüfuz rəqabətində yeni tarazlıq.
Bununla belə, prosesin kövrək təbiəti nəzərdən qaçırılmamalıdır. Ermənistanın daxili siyasətindəki millətçi reaksiyalar, sərhədin müəyyənləşməsi prosesindəki texniki çətinliklər və qlobal güclər arasındakı rəqabət sülhün davamlılığını çətinləşdirə bilər. Lakin ABŞ-də aparılan Azərbaycan-Ermənistan sülh danışıqları, iki ölkə münasibətlərindən daha geniş mənada, Cənubi Qafqazın gələcəyini formalaşdıracaq prosesin bir hissəsidir. Azərbaycan qazandığı hərbi qələbəni diplomatiya masasında strateji nailiyyətlərə çevirərək regional güc kimliyini möhkəmləndirir".
"ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilən tarixi görüş Qafqazda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsində yeni bir mərhələnin qapısını açdı. Bu gün keçirilən danışıqlar nəticəsində iki ölkə müharibəni bitirən sənədi imzaladı. Görüş zamanı Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan ikitərəfli görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın da qatıldığı mühüm üçtərəfli müzakirə keçirildi. Bu danışıqların sonunda bölgədə sülhə dair mühüm bir bəyannamə imzalanaraq prosesə rəsmi xarakter verdi. Xüsusilə Əliyevin sülh prosesindəki fəal və təsirli rolu diqqət çəkdi. Hətta İlham Əliyev Trampın bu rolunu yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına layiq olduğunu dedi. Çünki bu bəyannamə Qafqazda illərdir davam edən gərginliyi azaltmaq və regional əməkdaşlığı gücləndirmək baxımından mühüm addım kimi qiymətləndirilir. Əliyevin qətiyyətli mövqeyi və Trampın vasitəçiliyi sülhün təmin edilməsində əsas amillər kimi ön plana çıxdı. Yaxın gələcəkdə tərəflərin əməkdaşlığı necə dərinləşdirəcəyi və bu sənədin praktikada necə həyata keçiriləcəyi diqqətlə izlənəcək", - deyə ekspert fikrini yekunlaşdırıb.