Zakir Fərəcov veteran cüdoçunu Fəxri Fərmanla təltif edib — FOTOLAR

SOSİAL 09 avqust 2025, 13:21
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə cüdosunun inkişafında əvəzsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə qəbul edib.

Görüş zamanı Zakir Fərəcov Əhməddin Rəcəblinin uzun illər ərzində Sumqayıtda idmanın, xüsusilə də cüdonun inkişafına göstərdiyi xidmətləri yüksək dəyərləndirib. O, yubilyarın yetişdirdiyi idmançıların həm ölkə, həm də beynəlxalq arenalarda qazandığı uğurların Sumqayıt idman tarixində mühüm yer tutduğunu qeyd edib.

Zakir Fərəcov Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.

Qeyd edək ki, Əhməddin Rəcəbli uzun illər məşqçi kimi fəaliyyət göstərərək yüzlərlə idmançının formalaşmasında mühüm rol oynayıb.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 avqust 2025, 12:33
Top