Sakinləri bezdirən vəziyyət: "Gecə 1-dən sonra yaşaya bilmirik" — VİDEO

SOSİAL 09 avqust 2025, 09:31

Abşeron rayonunun Novxanı kəndinin Salatın Əsgərova küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermanın fəaliyyətindən narazılıq edirlər.

Demokrat.az xəbər verir ki, sakinlərin sözlərinə görə, milçək, pis qoxu səbəbindən evlərində rahat yaşaya bilmirlər.

"Gecə saat 1-dən sonra qoxuya dözmək olmur. Aidiyyəti qurumlardan gəlirlər, baxıb gedirlər.

Köçüb gedək buradan?! Milçəklərin əlindən evə girə bilmirik, uşaqları qotur tutub. Bura yaşayış yeridir. Niyə ferma tikilməsinə icazə verilir?", - deyə sakinlər şikayətlərini bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 avqust 2025, 12:33
09 avqust 2025, 11:47
Top