Hərbi xidmətdən qayıdan gənci maşın vurub öldürdü

HADİSƏ 01 avqust 2025, 09:01
Ağstafada piyadanı avtomobil vuraraq öldürüb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top