III Şuşa Qlobal Media Forumuna qatılan “MEDİA Könüllüləri"nə təşəkkürnamələr verildi — FOTOLAR

MEDİA 30 iyul 2025, 12:54
Xankəndidə iyulun 19-21-də keçirilən III Şuşa Qlobal Media Forumunun təşkilində iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Vurğulanıb ki, təşəkkürnamələri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov təqdim edib. O, könüllülərin beynəlxalq tədbirin uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi III Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top