Yerli mediada Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi barədə yeni məlumatlar yayılıb. Məlumatlarda daha əvvəl adı çəkilən sabiq dövlət məmurları Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov kimi adlarla yanaşı, ilk dəfə adı hallanan şəxslər də var.
Məsələ ilə bağlı Rusiyaya casusluqda adı hallanan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında bildirib ki, o, bu məsələyə ciddi yanaşmır:
“Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim? Bunlar ciddi söhbətlər deyil. Kimlərsə adımızı xoşagəlməz məsələlərdə hallandırmaq istəyir. Buna görə də bizi reklam edirlər. Bir sözlə, bunlara inanmıram”.
Leyla Turan
Demokrat.az