“Təklifimizə cavab gözləyirik” — Zelenski

DÜNYA 27 iyul 2025, 22:47

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 27-də fransalı həmkarı Emmanuel Makronla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat paylaşıb.

Ukrayna lideri bildirilib ki, onlar iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər:

“Biz avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik”.

Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 00:11
27 iyul 2025, 23:32
Top