Netanyahu: İsrail HAMAS-ı məhv edəcək, BMT haqqımızda yalan məlumatlar yayır

DÜNYA 27 iyul 2025, 20:06
İsrail bütün hərbi hədəflərinə çatacaq, tam qələbə qazanacaq və radikal Fələstin hərəkatı HAMAS-ı məhv edəcək.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına səfəri zamanı lentə aldığı videomüraciətində bildirib.

Netanyahu bəyan edib ki, mübarizəni davam etdirəcək: “Fəaliyyətimizi bütün hərbi məqsədlərimizə çatana, tam qələbə əldə edənə qədər davam etdirəcəyik. Əsas məqsədimizə çatacağıq, HAMAS-ı məhv edəcəyik. Bu məqsədə – HAMAS-ın məhvinə və girovların azad olunmasına – həm hərbi əməliyyatlar, həm də danışıqlar yolu ilə çalışırıq. Bununla yanaşı, hər iki istiqamətdə – istər hərbi əməliyyatlar, istərsə də danışıqlar zamanı – İsrail Qəzza sektoruna minimal zəruri humanitar yardımın təmin olunması uğrunda da çalışır”.

Netanyahu əlavə edib ki, bunu əvvəllər də ediblər: “Lakin BMT İsrail haqqında yalan məlumatlar yayaraq iddia edir ki, guya İsrail humanitar yardımın daxil olmasına imkan vermir. Bu, doğru deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top