Şəkidə avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANIB

HADİSƏ 27 iyul 2025, 21:27
Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata əsasən, günorta saatlarında 2 nəfər xəstəxanaya çatdırılıb:

"İyulun 27-də saat 11:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 00:11
27 iyul 2025, 23:32
Top