Türkiyədə başlayan yanğın genişlənərək meşəyə keçib

HADİSƏ 27 iyul 2025, 21:59
Türkiyədə kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın genişlənərək meşəyə keçib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın vilayətində qeydə alınıb.

Məlumata görə, hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər görülür.

Bu məqsədlə əraziyə 360 nəfərlik şəxsi heyətlə yanaşı, 119 nəqliyyat vasitəsi, o cümlədən səkkiz helikopter və altı təyyarə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 00:11
27 iyul 2025, 23:32
Top