İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdə mobil telefonlardan istifadə ilə bağlı yeni qərarı açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Rəyasət Heyətinin qərarına əsasən, millət vəkillərinin parlamentdə mobil telefondan istifadə etməsi qadağan olunub.
Qalibaf qeyd edib ki, bu addım əsasən təhlükəsizliklə əlaqədardır:
“Nümayəndələr parlamentdə olduqları zaman mobil telefonla danışa bilməyəcəklər. Onlar yalnız təkliflər vermək və vəzifələrini yerinə yetirməklə məşğul olmalıdırlar”.