Türkiyənin Bursa, Uşak, Karabük, Elazığ və Kahramanmaraş vilayətlərində baş verən meşə yanğınları ilə mübarizə davam edir.
Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü küləyin təsiri ilə sürətlə yayılan yanğın yaşayış yerləri üçün təhlükə törədir və minlərlə vətəndaş təxliyə olunub.
Bu çərçivədə Bursada ümumilikdə 480 evdən 765 vətəndaş təhlükəsiz zonalara köçürülüb.
Karabükün Safranbolu rayonunda meşəlik ərazidə başlayan yanğın dörd gündür söndürülməyə çalışılır. Vilayətdə yanğın səbəbindən 18 kənd və 50 məhəllə boşaldılıb.
Uşakda isə boşaldılan kənd və məhəllələrin sayı dördədək çatıb. Yanğının bəzi evlərə zərər vurduğu təsbit edilib.
Kahramanmaraşda meşə yanğını nəticəsində üç ev yanıb, 130 nəfər təhlükəsiz bölgəyə təxliyə edilib. Yanğınla mübarizə apararkən dumandan zəhərlənən beş nəfər xəstəxanaya yerləşdirilib.
Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, ölkə üzrə müxtəlif yerlərdə baş verən meşə yanğınları ilə mübarizə çərçivəsində 5 400 personal, 119 hava nəqliyyat vasitəsi və 1 537 yerüstü nəqliyyat vasitəsi cəlb edilib.