Çində "Labubu" dəbi yeni peşə yaratdı

MARAQLI 27 iyul 2025, 13:11
"Labubu" oyuncaqlarının dəb halını alması Çində yeni bir biznes sahəsinin inkişafına səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Söhbət belə kuklalar zədələndikdən sonra onları təmir edən "oyuncaq həkimləri"ndən gedir.

Nəşrin məlumatına görə, təmir xərcləri oyuncağın qiymətinin təxminən 10 faizini təşkil edir. Çində adi bir "Labubu" oyuncağı orta hesabla 99 yuana (təxminən 14 dollar) başa gəlir.

Bu oyuncaqlar çox vaxt dəbə düşkün qızlar tərəfindən əl çantalarında daşınır və bu, onların tez-tez zədələnməsinə səbəb olur.

Bundan əlavə, oyuncaqlar çirkləndikdə "həkimlər" onların təmizliyini bərpa etməyə kömək edirlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top