Bu bürclərin NƏZƏRİNƏ: Qarşıdakı iki gün…

MARAQLI 25 iyul 2025, 19:23
Bu həftəsonu bəzi bürclər üçün həyatın müxtəlif sahələrində müsbət dəyişikliklər gözlənilir. 

Demokrat.az xəbər verir ki, Buğa, Oxatan və Tərəzi bürcləri üçün xoş və uğurlu bir zaman olacaq.

Buğa bürcləri üçün qarşıdakı günlər məhsuldar keçəcək. Xüsusilə iş və maliyyə sahəsində müəyyən planların dəqiqləşdirilməsi və vacib qərarların verilməsi üçün əlverişli zaman yetişib. Əldə ediləcək yeni fürsətlər gələcək üçün mühüm rol oynaya bilər.

Oxatan bürcləri uzun müddətdir arzuladıqları istirahət və ya səyahət planlarını reallaşdıra biləcəklər. Bu həftəsonu yaxınlarla ünsiyyət qurmaq, münasibətləri gücləndirmək və pozitiv emosiyalar yaşamaq baxımından çox əlverişlidir.

Tərəzi bürcləri üçün isə maliyyə sahəsində uğurlar gündəmdə olacaq. Gözlənilməz gəlirlər və ya əlavə qazanc imkanları yaranarsa, bu, sizi rahatlaşdıracaq. Bir sıra maliyyə gərginliklərini aradan qaldırmağa kömək edəcək.

Leyla Turan
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top