Mədənin bərpası üçün hansı qidalar lazımdır?

MARAQLI 25 iyul 2025, 13:59
Əgər siz həzm sistemi üçün faydalı karbohidratlar axtarırsınızsa, mütəxəssislər noxud yeməyi tövsiyə edirlər. O, bağırsaq sağlamlığı üçün bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Noxudun tərkibindəki lif bağırsaq fəaliyyətini tənzimləyir və faydalı bakteriyaların inkişafını təşviq edərək həzm sisteminin sağlam qalmasında əsas rol oynayır. 

Demokrat.az
xəbər verir ki, "Eatingwell" nəşrinin yazdığına görə, yarım stəkan bişmiş noxudda 6 qram lif mövcuddur.

Noxudun tərkibində həm həll olunan, həm də həll olunmayan iki fərqli lif növü var və bunların hər biri bağırsaq sağlamlığını fərqli yollarla dəstəkləyir. Məsələn, həll olunan lif suda həll olaraq jelə bənzər maddə yaradır, bu isə həzmi yavaşladaraq qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edir. Həll olunmayan lif isə nəcis kütləsini artırır və qəbizliyin qarşısını alır. Bu ikiqat təsir bağırsaq mikroflorasının balansda saxlanmasına və ümumi həzm funksiyalarının yaxşılaşmasına xidmət edir.

Dietoloq Hayme Baxtel-Şelbertin sözlərinə görə, noxudun tərkibində bağırsaq üçün faydalı bakteriyaları qidalandıran və qısa zəncirli yağ turşularının yaranmasını təşviq edən rezistent nişasta var. Rezistent nişasta - prebiotik lif kimi tanınan xüsusi lif növüdür. Noxud yeyildikdən sonra bu növ nişasta dəyişmədən yoğun bağırsağa çatır. Orada faydalı bakteriyalar onu fermentasiya edərək özlərinin artımını və aktivliyini təmin edir.

Bu proses zamanı bağırsaq bakteriyaları bağırsaq selikli qişasını qidalandıran və onun sağlamlığını qoruyan qısa zəncirli yağ turşuları ifraz edir. Onlar həm də iltihabi xəstəliklərə qarşı qoruyucu təsir göstərirlər.

Noxud həmçinin fenol turşuları adlanan güclü antioksidantlarla da zəngindir. Tədqiqatlara görə, bu fenol birləşmələri iltihabı azalda bilər ki, bu da həm qıcıqlanmış bağırsaq sindromunun əlamətlərini zəiflədə, həm də bağırsaq xəstəliklərinin inkişafının qarşısını ala bilər.

Effektiv fenollar bağırsaq hüceyrələri arasındakı məsafəni daraldaraq zərərli bakteriyaların keçə bilmədiyi bərkidilmiş membran yaradır. Bundan əlavə, fenollar da lif kimi faydalı bakteriyaların artımına təkan verir.

Jalə
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top