Böyük Çin səddinin kərpiclərini satan ərlə-arvad tutuldu

MARAQLI 27 iyul 2025, 17:11
Çində Böyük Çin səddindən kərpic satan ərlə-arvad həbs edilib. 

Demokrat.az-ın xarici mediaya istinadla xəbərinə görə, Linfen e-ticarət platformasında kərpic satışı elanı polisin diqqətini cəlb edib. Bildirilir ki, Böyük Çin səddindəki bir kərpicin qiyməti 95 yuan (13 dollara yaxın) olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları satıcıları saxlayıb. Onların Beyçjunhuan kəndindən olan Van və Çjen adlı evli cütlük olduğu ortaya çıxıb. Ticarət platformasının məlumatına görə, cütlük 100-dən çox tikinti daşı satmağı bacarıb. 

Onlar 1368-1644-cü illərdə Min sülaləsi dövründə tikilmiş divarın 400 ildən çox yaşı olan hissəsindən kərpic toplayıblar. Bəzi alıcılar aldıqları daşlardan razı qalıb, daha çox almaq istəyiblər.

Böyük Çin səddi eramızdan əvvəl III əsrlə Min sülaləsi arasında Çin dövlətlərini köçəri basqınlardan qorumaq üçün tikilib. Səddin müxtəlif hissələrinin ümumi uzunluğu 21 min kilometrdən çoxdur. 1987-ci ildə ərazi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 iyul 2025, 16:57
Top