SAXAL Qəzzanın bəzi rayonlarında taktiki fasilə elan edib

DÜNYA 27 iyul 2025, 10:52
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının bəzi rayonlarında humanitar məqsədlə hərbi əməliyyatlarda Bakı vaxtı ilə saat 11:00-dən 21:00-dək gündəlik taktiki fasilə elan edib.

Demokrat.az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fasilə SAXAL-ın əməliyyat keçirmədiyi rayonlarda - Əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhərində növbəti bildirişə qədər qüvvədə olacaq.

Həmçinin Qəzza zolağı vasitəsilə əhaliyə ərzaq və dərman çatdıran, eləcə də paylayan BMT və digər humanitar təşkilatların karvanlarının təhlükəsiz keçidini təmin etmək üçün müəyyən təhlükəsiz marşrutlar fəaliyyət göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top