Kambocanın baş naziri Tailand ilə atəşkəs razılaşmasını təsdiqləyib

DÜNYA 27 iyul 2025, 10:17
Kamboca və Tailand ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəliblər.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Trampla telefon danışığından sonra sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ lideri münaqişə nəticəsində insan ölümlərindən ciddi narahat olduğunu bildirib və sülhə sadiqliyini bir daha vurğulayıb.

Tramp Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçayla danışdıqdan sonra Hun Manetə bildirib ki, Tailand hökuməti də atəşkəs təklifini qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top