Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslər Rusiyadan qaçmaq üçün təşkilatçılardan 135 min rubl (təxminən 2 900 manat) pul alıblar.
Demokrat.az xəbər verir ki, bu barədə TASS istintaq materiallarına istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, bu məbləğ Şəmsidin Fəriduninin hesabına cinayətkar təşkilatın naməlum üzvü tərəfindən köçürülüb.
Güman olunur ki, həmin vəsait terrorçuların Rusiyadan qaçışı üçün yetərli hesab edilib.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Əlində silah olan dörd nəfər konsert iştirakçılarına atəş açıb, partlayış törədib və nəticədə kompleksdə yanğın baş verib. Son məlumatlara görə, hadisə zamanı 149 nəfər həlak olub, 609 nəfər isə yaralanıb. Terrorçular qısa müddət ərzində ələ keçiriliblər.