Bakının Sabunçu rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 29-da baş verib. Cəlilabad rayon sakini, 1986-cı il təvəllüdlü İlqar Musayev həmin gün saat 17 radələrində yaşadıqları bir otaqlı evlərində anası Qənirənin (ad-soyad şərtidir – red.) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və baş nahiyələrindən bir neçə dəfə vurub.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən İ. Musayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, bir neçə müddətdir spirtli içki aludəçisidir, son zamanlar isə mütəmadi olaraq aptekdən spirt alaraq içdiyi üçün evdə daim münaqişələr yaşanıb:
“Aprelin 29-da, təxminən saat 17 radələrində yenə də spirt içdikdən sonra yaşadığım evə getdim. Anam mənə öz iradlarını bildirdi. Aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək əlim ilə bir neçə dəfə onun üz və baş nahiyələrindən zərbələr vurdum. Sonra evdən getdim. Əməlimdən peşmanam. Hadisəni içkili olduğumdan törətmişəm, tam xatırlamıram”.
Zərərçəkmiş qadının sözlərinə görə, aprelin 29-da təxminən saat 17 radələrində oğlu yenə spirtli içkinin təsiri altında evə gəlib və səbəbsiz yerə onu nalayiq ifadələrlə təhqir etməyə başlayıb: “Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı İlqar qəzəblənərək əli ilə bir neçə dəfə üz və baş nahiyələrimdən zərbələr vurdu. Sonra evdən getdi. Oğlum dəfələrlə məni döyüb. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəfələrlə müraciət etmişəm. Oğlumdan şikayətçiyəm”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İ. Musayev 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az