Elvin Dəmirliyə vəzifə VERİLDİ

SOSİAL 24 iyul 2025, 11:14
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yeni təyinat baş tutub.

Demokrat.az xəbər verir ki, Elvin Dəmirli Konfederasiyanın Media və Kommunikasiya Şöbəsinin müdir müavini təyin edilib.

O, həmçinin şöbənin müdir vəzifəsini də müvəqqəti icra edəcək.

Qeyd edək ki, bu məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev paylaşıb.

Xatırladaq ki, Elvin Dəmirli bundan əvvəl ASAN Radio və ASAN TV-in baş redaktoru vəzifəsində çalışıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top