“Qlisin” apteklərdə niyə yoxa çıxıb? — AÇIQLAMA

SOSİAL 25 iyul 2025, 17:34
Son zamanlarda “Qlisin” dərman preparatının apteklərdə tapılmaması ilə bağlı məlumatlar yayılıb.

Demokrat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekpsertiza Mərkəzindən “Teleqraf”a bildirilib ki, “Qlisin”in satışdan yığışdırılması ilə bağlı AEM-ə hər hansı rəsmi qərar və ya göstəriş daxil olmayıb.

“Dərman vasitələri haqqında” qanuna əsasən, ölkəyə dərman vasitələrinin idxalı dövlət tərəfindən deyil, ixtisaslaşdırılmış özəl şirkətlər tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Qlisin” N50, 100 mq, dilaltı tablet dərman vasitəsinin son idxalına 30 aprel 2025-ci il və 24 iyun 2025-ci il tarixlərində icazə verilib. Həmin idxal partiyaları çərçivəsində 30.04.2025 tarixində 20 000 qutu, 24.06.2025 tarixində isə 16 200 qutu dərman vasitəsi ölkəyə idxal edilib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, sözügedən dərman vasitəsi əsasən stres əleyhinə istifadə edilir. Uzun müddətdir ki, apteklərdə tapılmır, stoklarda da “yoxdur” göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top