"Məni soyunduranda nəvəm gördü" — Qayınanası ilə eşq yaşayan Amalın İFADƏSİ

SOSİAL 25 iyul 2025, 15:18
Lerik rayonunda 42 yaşlı kişi qayınanasına yaşadığı evdə təcavüz edib.

Hadisə ötən il sentyabrın 17-də Lerik rayonun kəndlərindən birində baş verib.

1983-cü il təvəllüdlü Lerik rayon sakini Amal həmin gün saat 13 radələrində yaşadığı evdə qaynanası Əsmərin (adlar şərti verilib – red.) qarşısını kəsib. Onun biləyindən tutaraq otağa keçməsini tələb edib. Qadın kürəkəninin tələbinə etiraz edib, müqavimət göstərib. Amal isə qayınanasını zorla iç otağa salıb, qapını arxdan kilidləyib.

Daha sonra onu yerə yıxaraq yumruqla sağ gözünün altından almacıq sümüyü nahiyəsinə zərbələr endirib, zorla üzü üstə çevrilməsini tələb edib. Qayınanasını soyunduran kürəkən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, digər seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq orqanı tərəfindən Amalın barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

“Qayınanamla sevgili olmuşuq”

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 2006-cı ildə Nazilə ilə ailə həyatı qurub, 4 övladları var:

“Zərərçəkmiş mənim qayınanamdır. Onunla aramızda sevgi münasibətləri olub. 2024-cü il sentyabrın 17-də Bakı şəhərindən kənddəki evə gəldim. Qayınanam evdə təkiydi. Onunla otaqda qeyri-təbii yolla cinsi əlaqədə olan vaxtı oğlum İslam bizi gördü. Bundan sonra sevgi münasibətlərimizin üstü açıldı.

Qayınanamla aramızda 18 ildir cinsi münasibətlər olub. Lakin heç vaxt tutulmamışıq. Hadisə günü arvadım bizim bu münasibətlərimizdən xəbər tutdu və evdə səs-küy saldı”.

Təqsirləndirilən şəxs bildirib ki, qayınanası ilə könüllü cinsi əlaqədə olub: “Ona zor tətbiq etməmişəm. Lakin hadisə aşkar olunduğu üçün Əsmər özünü təmizə çıxarmaq üçün şikayət etdi ki, guya ona zorakılıq göstərmişəm”.

“Dedi ki, neçə ildir sənin üçün ölürəm”

Zərərçəkmiş qismində danışan Əsmərin sözlərinə görə, kürəkəni ilə aralarında narazılıq və ya ziddiyyət olmayıb:

“Sentyabrın 17-də Amal Bakı şəhərindən gəldi, nahar edib araq içdi. Mən saat 13 radələrində işlədiyim kənd məktəbindən nahar fasiləsi üçün evə gəmişldim. Nahar zamanı qızım məktəbdən gələn övladlarını qarşılamaq üçün evdən çıxdı. Evdə kürəkənimlə mən qaldım.

Nahar bitirəndən sonra kürəkənim qarşımı kəsdi, sağ qolumun bilək nahiyəsindən tutdu, otağa keçməyimi tələb etdi. Mən niyə yan otağa keçməli olduğumu soruşdum. Dedi, neçə ildir sənin üçün ölürəm, fürsət tapa bilmirdim. Yenidən məni iç otağa salmağa çalışdı. Mən ona müqavimət göstərdim”.

Zərərçəkmiş qeyd edib ki, Amal onu otağa salıb, qapını bağladıqdan sonra ona fiziki qüvvə tətbiq edib və yerə yıxıb: “Məndən təkidlə üzü üstə çevrilməyimi tələb etdi. Əynində olan şalvarını çıxartdı. Ona narazılığımı bildirdim. Qollarımı özünə tərəf dartaraq məni döşəməyə uzatdı. Qışqırsam da, köməyimə gələn olmadı. Zor tətbiq edərək qeyri-təbii yolla mənimlə cinsi əlaqəyə girdi”.

“Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü”

Əsmər deyib ki, bu zaman nəvəsi İslam evə gəlib və qapını açmaq istəyib:

“Amal oğlundan qapını açmamağı tələb etdi. Mən qışqırmağa başlayanda uşaq qaçaraq oradan uzaqlaşdı. Uşaqların gəldiyin dedim, kürəkənimdən məni buraxmasını istədim. O buna məhəl qoymadı.

Nəvəmin köməyə çağırdığı anası və digər nəvələrim qapının qarşısına yığışdılar, qapının açılmasını tələb etdilər. Qızım qapını zorla açaraq içəri girdi. Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü. Qızım ərindən nə səbəbə belə bir iş tutduöunu soruşdu. Kürəkənim izah verə bilmədi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amal 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. (teleqraf)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top