İcra başçısı bir qrup mətbuat və media nümayəndəsi ilə görüş keçirdi — FOTOLAR

SOSİAL 23 iyul 2025, 14:11
23 iyul 2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Milli mətbuatının 150  illik yubileyi münasibətilə bir qrup mətbuat və  media nümayəndəsi ilə görüş keçirdi.

Demokrat.az-ın məlumatına görə, rayon rəhbəri 22 iyul “Milli Mətbuat günü, həmçinin Milli mətbuatımızın 150  illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək    qeyd etdi ki, xalqımızın milli mənəvi dəyərlərinin təbliğ olunması, milli şüurun və ictimai fikrin inkişafında milli mətbuatımızın rolu əvəzsizdir. Milli mətbuat  həmdə bizim milli mənəvi dəyərlərimizin bir hissəsidir.

Tədbirdə çıxış edən İctimai Televiziyanın  və ”Report” informasiya agentliyinin Aran zonası üzrə bölgə müxbiri Təyyar Nəsirov “Əkinçi” qəzeti ilə əsası qoyulan Milli mətbuatımızın keçdiyi uzun tarixi təkamül yolundan söhbət açdı. Natiq vurğuladı ki, bir əsrdən artıq tarix ərzində Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsi, milli düşüncənin formalaşması və azadlıq idealarının yayılması istiqamətində mühüm rol oynayıb.

Daha sonra Hacıqabul qəzetinin baş redaktoru Xuraman Hüseynova, İctimai Televiziyanın  və ”Report” informasiya agentliyinin Aran zonası üzrə bölgə müxbiri Təyyar Nəsirov, Xəzər Media Mərkəzi və Baku.TV-nin bölgə müxbiri Elməddin İsmayılov,  Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti” nin bölgə müxbiri Firqət Əhmədov, APA  İnformasiya Agentliyinin Mil-Muğan bürosunun rəhbəri Əlibəy Zeynalov,  İctimai Televiziyanın  operatoru Samir Qubadov Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.

Tədbirin sonunda çıxış edən tədbir iştirakçıları onlara göstərilən diqqətə görə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısına səmimi təşəkkürlərini bildirdilər.




















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top