Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam — FOTOLAR

MƏDƏNİYYƏT 23 iyul 2025, 10:32
Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm konsert proqramı təqdim olunub. 

Rəsmilərin, Şuşa sakinləri və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər. 

Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə yekun vurulub.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.





























SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top