Özcan Dənizin bank hesablarına həbs qoyuldu

ŞOU-BİZNES 23 iyul 2025, 14:41
Türkiyəli aktyor-müğənni Özcan Dənizin bank hesablarına həbs qoyulub.

Demokrat.az xəbər verir ki, buna səbəb ifaçının illər əvvəl qardaşı Ercan Dənizin götürdüyü bank kreditlərinə zamin durması olub. Lakin borcların ödənilməməsi Özcanı çətin maliyyə vəziyyətinə salıb. Məlum olub ki, banklar əsas borclu Ercan Dənizin girov qoyulmuş əmlaklarını yox, Özcan barəsində icra işləri başladıblar.

Müğənninin vəkilləri hesablara qoyulan həbs qərarına etiraz edərək, bunun qanunsuz olduğunu bildirib.

Özcan məsələ ilə bağlı açıqlamasında "Bu, Ercan Dənizin ilk xəyanəti deyil. Keçmişimi oğurlayan Ercan və xanımları indi mənim gələcəyimi oğurlamağa çalışırlar. Buna heç vaxt icazə verməyəcəyəm" deyə, bildirib.

Hazırda Özcan Dənizin bütün gəlirlərinə həbs qoyulduğu, hətta kredit kartlarından da istifadə edə bilmədiyi deyilir. (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top