"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı işlər zəruri olsa da, yetərli deyil. AQTA malların, o cümlədən kərə yağlarının etiket məlumatları ilə tərkibi arasında uyğunsuzluq aşkar etsə də, əksər hallarda satışdan çıxarılmır. Hökumətin yalnız biznesin inkişafı siyasəti istehlakçı hüquqlarını arxa planda qoyur ki, bu da AQTA-nın əl-qolunu bağlayır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O bildirib ki, malların geri çağrılması, məhv edilməsi həyata keçirilmir:
"Kərə yağlarında bu problem daim yaşanır. Arzuolunmaz bitki yağlarından hazırlanan kərə yağları ara marketlərdə, meyvə-tərəvəz satılan yerlərdə, bazarlarda satılır. Belə yağların ucuz variantları da var ki, üzsüz südə bitki yağları qarışdırmaqla hazırlanır. Böyük marketlərdə də üzərində "təbii yağ" yazılan, inək şəkilli məhsullar satılır. Endirim kampaniyaları ola bilər. Kampaniyaların olması heç də hər zaman məhsulun istifadə tarixinin keçdiyi mənasına gəlmir. Lakin bitki qarışıqlı yağların kərə yağı adı altında satıldığını görürük. Məhsulun üzərində xırda bir yerdə tərkibində bitki yağı olması qeyd olunur. Qiymət heç də əsas deyil. Ən bahalı yağda belə bitki mənşəli qarışıqlar ola bilər. Uzun müddət Azad İstehlakçılar Birliyinə Yeni Zellandiyadan gətirilən yağlar barədə məlumatlar daxil olurdu. İnsanlar yağların niyə ucuz başa gəlməsi ilə maraqlanırdı. 6 il öncə Zellandiyada yerləşən kolleqalarımızın köməyi ilə Azərbaycana yağ göndərən "West Gold" markasının zavodunda oldum. Məhsulların Azərbaycan dilində etiketlənməsini gördüm və fermer təsərrüfatı ilə tanış oldum. Məlum oldu ki, heyvanlar açıq havada otladığı, qış rejimi olmadığı üçün yağ ucuz başa gəlir. Həmin yağın normal yağ olduğuna inandım. Eləcə də digər ölkələrdən Azərbaycana yağlar gətirilir. Standartlara uyğun olan yağlar olması ilə bərabər tərkibinə şübhə ilə yanaşacağımız yağlar da var. İstehlakçılar şübhəli halla qarşılaşarsa, AQTA ilə əlaqə saxlamağı tövsiyə edirəm".
Əfsanə Kamal
Demokrat.az