Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.
XİN-dən Demokrat.az-a verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək.
Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.