İndi “SİMA İmza” istifadəçiləri “Kontakt” mağazalarında kreditlə alış-veriş zamanı müqavilələri elektron şəkildə imzalaya bilərlər.
“AzInTelecom” MMC və “Kontakt” mağazalar şəbəkəsi arasındakı inteqrasiya nəticəsində müştərilər kağız sənədlərə ehtiyac olmadan müqavilələri bir toxunuşla mobil telefonla imzalayacaqlar.
Bu yenilik vətəndaşlara aşağıdakı üstünlükləri qazandırır:
Müqavilələrin imzalanması prosesi daha sürətli həyata keçirilir, vaxta qənaət edilir
Müştəri məlumatlarının doğrulanması rəqəmsal və təhlükəsiz üsullarla aparılır
Müqavilə elektron olduğu üçün itmə təhlükəsi olmur, istənilən vaxt baxıla bilir
Ətraf mühitə mənfi təsir azaldılır, kağızdan istifadə minimuma endirilir
Qeyd edək ki, müştəri və mağaza arasında “SİMA İmza” ilə bağlanılmış elektron müqavilə kağız müqavilə ilə eyni hüquqi qüvvəyə malik hesab edilir. “Kontakt” və “SİMA İmza” bu yeniliklə müştəri təcrübəsini müasirləşdirmək və ölkədə rəqəmsal xidmətlərin genişlənməsinə töhfə vermək məqsədi daşıyır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyona yaxınlaşır. Rəqəmsal imza əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir.
Ətraflı məlumat üçün:
Telefon: 157
sima.az