“Hər kəs həyatında müəyyən yalanlar danışır. Belə yalanlar bəzən vərdişə çevrilir. Məsələn, işə və görüşə gecikirsən. Münasibətin korlanmaması üçün yalandan deyirsən ki, “5 dəqiqəyə çatıram”. Halbuki mənzil başına 5 yox, 10-15, bəzən hətta 30 dəqiqə gecikirsən”.
Bunu Bizim.Media-ya müsahibəsində psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, bu cür yalanlar sosial-iqtisadi həyatımızın bütün sahələrində baş verir:
“Məsələn, bəyan edilir ki, bu il infilyasiya 4 faiz olacaq. İlin sonunda bəlli olur ki, infilyasiya 6 faizə qədər yüksəlib. Yaxud hansısa obyektin tikintisinin ilin sonuna qədər başa çatdırılacağı deyilir. Lakin tikinti işləri növbəti ilə də keçir. Buna “planlaşdırmada yalanlama” deyilir. Plan qurursan, ölçüb-biçirsən, amma sonda deyilən vaxtda işi təhvil verə bilmirsən”.
İnsanlar sistemli olaraq vaxtı az qiymətləndirirlər
Müsahibimiz deyir ki, sanki çox zaman deyəndə nəsə düzgün olmayacaq:
“Görüş və yaxud iş əldən çıxacaq. Təbii ki, istənilən vəd üçün 5-6 faiz yalanlama olar. Amma 100 faiz yalan artıq ciddilikdən uzaq bir işdir. Bununla belə planlamadakı yalanlama bir çox hallarda effektiv olur. Hətta bir müddət əvvəl dünyanın tanınmış psixoloqları “nə vaxt – nə edəcəyəm” planlarının çox effektiv olduğunu sübut ediblər.
Onlar realist yanaşmanın üstünlüklərini ortaya qoyublar. Qeyd ediblər ki, əgər sən zaman təxminlərini daha doğru etməyi öyrənsən, daha az stress keçirmiş olarsan, işləri keyfiyyətli görərsən və etibarlı insan kimi tanınarsan. Ən maraqlısı əlavə vaxt da qazanmış olarsan.
Çünki əgər hər tapşırıq vaxtında bitirsə, sən heç vaxt gecikməz və yüklənməzsən. Beləliklə, yaradıcılıq və fokus tələb edən işlərə enerji qalacaq. Növbəti dəfə “bu iki dəqiqə çəkəcək” dedikdə, özünü saxlayıb və planlama xətasını xatırlayacaqsan. Bilirsiniz, burda məsələ özünü dəyərləndirməkdə deyil, sadəcə dünyanın necə işlədiyini daha düzgün qəbul etməkdədir”.