"Skuter, moped və velosipedlərlə bağlı tədbirlər keçən ildən başlayıb. Onlar kiçik mühərrikli nəqliyyat vasitəsi kimi "Yol hərəkəti haqqında qanun"da, İnzibati Xətalar Məcəlləsində təsbit edildi və qayda pozuntularına görə cərimələr müəyyən edildi. Bu növ nəqliyyat vasitələrinin istismarı, idarə olunması, kirayəsi ilə bağlı da müddəalar artıq yer alıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, təəssüf ki, vətəndaşlarımız bu qayda-qanunlardan xəbərsizdir:
"Ona görə də ötən həftə ərzində Baş Dövlət Yol Polisi effektiv, maarifləndirici tədbir həyata keçirdi. Yollarda skuter, moped, velosiped sürən şəxsləri məlumatlandırma işləri görüldü.
Şəhər mühitində skuter modellərin sürət həddinin azaldılması ilə bağlı da qərar qəbul etmək olar. Maksimum sürət saatda 15 kilometr olmalıdır. Düşünürəm ki, bununla baş verəcək qəzaların qarşısını almaq olacaq. Kirayə skuter götürən vətəndaş mobil tətbiqdə mütləq test suallarına tabe tutula bilər. Testdə skuterlə bağlı yol hərəkəti qanununda nəzərdə tutulan 2-3 sual ola bilər. Suala cavab verdikdən sonra vətəndaş skuteri kirayə götürə bilər. Bu da məsuliyyəti artırar. Elementar qaydalarla müəyyən qədər müsbət nəticələr əldə etmək olar".
Əfsanə Kamal
Demokrat.az