ABŞ-dən gələn Vardanyan xahişinə Paşinyan "yox" dedi — ŞOK DETALLAR

GÜNDƏM 15 iyul 2025, 13:52
“Ruben Vardanyan Rusiyanın Qarabağa göndərdiyi bir missionerdir. O, sadəcə olaraq konkret təxribatlar törətmək üçün Qarabağa gəlməmişdi, eyni zamanında Sarkisyanın və Köçəryanın etdiyi kimi, Qarabağda "qəhrəman" olmaq, daha sonra o sifətdə Ermənistana gəlmək və hakimiyyəti Nikol Paşinyandan almaq planını həyata keçirirdi”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, sözügedən səbəbdən dolayı Paşinyan Vardanyanın azad olunmasını istəməz:

“Bunu Paşinyan çox gözəl anlayır. Ona görə də indiki vəziyyətdə, milyarder Karpetyan həbsdə ikən, ikinci bir Karpetyanı özü üçün niyə yaratsın? Onsuz da Rusiya Paşinyan əleyhinə olan bütün qüvvələri birləşdirib və seçkilərdə birgə iştirakla Paşinyanı məğlub etmək istəyir. Bütün qüvvələr birləşib və bunun arxasında Kreml dayanır. Paşinyan öz əli ilə yeni bir milyarder Vardanyanı azad etdirməklə, öz hakimiyyətinə niyə problem yaratsın? 



Paşinyan doğru qərar verib. Vardanyan cinayətkardır, bu cinayətlərə dair məhkəmələrdə konkret faktlar ortaya çıxır. Paşinyan da prosesə müdaxilə etməməklə, həm də Azərbaycanla münasibətlərə xələl gətirmək istəmir”.

Xatırladaq ki, “Hraparak”ın yaydığı məlumata görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib.

Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Bu mövqe belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top