Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Dərman qiymətlərinin bahalaşması son illərdə cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib. Bu məsələ, xüsusilə sağlamlıq xərclərinin artması və müalicə üçün lazım olan dərmanların qiymətlərinin yüksəlməsi ilə bağlı narahatlıqları artırır.
Mövzu ilə bağlı həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar dərman vasitələrinin qiymətlərində artım müşahidə olunur:
“Eyni tərkibli, lakin fərqli adlarla təqdim edilən preparatların dövriyyəyə buraxılması, dərman firmalarının sayının artması və ümumi dəyişikliklər ticarət baxımından inkişaf göstəricisi kimi qiymətləndirilə bilər. Lakin xüsusilə həkimlər və pasiyentlər üçün bu dəyişikliklərin ciddi mənfi tərəfləri də var. Şəxsi müşahidə və təcrübəmə əsasən deyə bilərəm ki, əvvəllər istifadə etdiyimiz, keyfiyyətinə tam güvəndiyimiz bir çox preparatlar artıq bazardan çıxarılıb və onların istifadəsi belə tövsiyə edilmir. Əvəzində isə alternativ preparatlar gətirilir. Lakin bu dərmanlar həm daha baha qiymətədir, həm də hər zaman eyni effektivliyi göstərmir”.
Həkimin sözlərinə görə, Azərbaycan reallığında insanların böyük əksəriyyəti yüksək gəlirli deyil:
“Artan gündəlik xərclər fonunda dərmanlara əlçatanlığın azalması ciddi bir sosial və səhiyyə problemidir. Sağlamlıq üçün vacib olan dərman vasitələri alternativsizdir. İnsan ya həkim təyinatı ilə, ya da bəzən müayinəsiz şəkildə belə müəyyən preparatlar qəbul etməyə məcbur qalır. Bu dərmanların tapılmaması və ya qiymətinin yüksək olması onların müalicəsini yarımçıq qoymağa səbəb olur. Bu problem təkcə bir növ preparata aid deyil. İynələr, ampullar, tabletlər, kremlər hətta ən sadə vasitələrin belə qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Bir həkim olaraq deyə bilərəm ki, bu vəziyyət həm bizə, həm də pasiyentlərimizə mənfi təsir göstərir”.
Leyla Turan
Demokrat.az