Ötən ilin yanvar - may aylarında Azərbaycanda vərəmə 1 103 yoluxma qeydə alınıb, 219 nəfər isə dünyasını dəyişib. Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır. Bundan əlavə, 2025-ci ilin yanvar - may aylarında 972 nəfər vərəmə yoluxub. Onlardan 658-i kişi, 314-ü qadındır. Məlumata əsasən, 90 nəfəri 17 yaşadək, 882 nəfəri isə 18 yaş və daha yuxarı şəxslərdir.
Pulmonoloq Könül Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda vərəmə yoluxmada artımın əsas səbəbləri bir neçə istiqamətdən qaynaqlanır:
“İlk növbədə, zəif immunitetli şəxslər məsələn, xroniki xəstəliyi olanlar, yaşlılar, uşaqlar və düzgün qidalanmayan insanlar vərəmə daha çox meyilli olurlar. Diaqnostikanın gecikməsi və müalicənin yarımçıq saxlanması isə həm xəstəliyin ağırlaşmasına, həm də ətrafdakılara yoluxma riskinin artmasına səbəb olur. Bundan başqa, sosial-iqtisadi çətinliklər, sıx yaşayış şəraiti, miqrasiya, təcridxana və yataqxana kimi yerlərdə təmasın sıxlığı da yoluxmanı artıran mühüm amillərdəndir. Eyni zamanda, son illər bəzi hallarda BCG peyvəndindən yayınma və ya COVID-19 pandemiyası zamanı tibbi nəzarətin zəifləməsi səbəbindən vərəm hallarının vaxtında aşkarlanması çətinləşib. Problemin qarşısını almaq üçün erkən diaqnostika, tam və nəzarətli müalicə, habelə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir2.
Leyla Turan
Demokrat.az