Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək

DÜNYA 11 iyul 2025, 08:50
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək.

Demokrat.az xəbər verir ki, o bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib. 

Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

“Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top