Sosial yardım almaq istəyənlərə şad xəbər — YENİLİK

SOSİAL 08 iyul 2025, 15:29
Nazirlər Kabineti, ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında 20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.
Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.

Bəs bu yenilik ünvanlı sosial yardım alanlar üçün nəyi dəyişəcək?

Bu barədə Demokrat.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, əvvəlki qayda ilə hesablanarkən daha az ailə sosial yardım ala bilirdi, yaxud sosial yardımın məbləği az olurdu:



“Ünvanlı sosial yardımın təyin olunması qaydaları var, Nazirlər Kabinetinin qərarı var. Orada ünvanlı sosial yardımın imtinasının əsasları içərisində belə maddə var ki, ailənin orta aylıq gəliri ehtiyac meyarına bərabər olanda imtina oluna bilər.

Tutaq ki, ehtiyac meyarı 285 manatdır, 4 nəfərlik ailənin ehtiyac meyarı 1140 manatdır. Ailənin orta aylıq gəliri bu ehtiyac meyarından yuxarıdırsa, sosial yardım tətbiq edilmir.

Ailənin orta aylıq gəlirinin hesablanması qaydası da var. Orada ailənin bütün gəlirləri, əmlakdan gələn gəlirlər var. Ailəyə yardım üçün verilən, kömək məqsədi ilə verilənlər əvvəllər ailənin gəlirlərinin bir hissəsi kimi hesablanırdı. Yeni qayda ilə bu dəyişdirilir və ünvanlı sosial yardıma əlçatanlıq artırılmış olur.

Hökumət ünvanlı sosial yardımın spektrini genişləndirdi ki, həmin şəxslər də yardım ala bilsinlər”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top