Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana dili” qiraət müsabiqəsi keçiriləcək

ƏDƏBİYYAT 06 iyul 2025, 08:45
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı, “Obraz Coffee house”un dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə "Ana dili" adlı qiraət müsabiqəsi keçiriləcəkdir.

Demokrat.az xəbər verir ki, "Ana dili" adlı layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.

Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilir.

Layihənin sonunda ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Qeydiyyat linki: https://forms.gle/y8e3yirtxuB5Sphg7

Son qeydiyyat tarixi: 1 sentyabr 2025-ci il

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 iyul 2025, 11:49
Top