Netanyahunun ABŞ-a səfəri hazırlanır

DÜNYA 30 iyun 2025, 11:53
İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün Vaşinqtona gedəcək.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı ABC News yayıb. Bildirilir ki, Dermer Qəzza zolağında hərbi əməliyyatlar, İranla münaqişə və İsrailin baş naziri Benyamin Netanyahunun iyulda Ağ Evə planlaşdırılan səfərini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl Axios xəbər vermişdi ki, İsrail baş nazirinin müşavirləri və Ağ Ev rəsmiləri artıq Netanyahunun ABŞ-a mümkün səfərini müzakirə ediblər, lakin səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top