Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb

DÜNYA 29 iyun 2025, 19:30
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması ilə bağlı qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkədəki hesabında paylaşım edib.

"Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ottava Konvensiyasından - piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq müqavilədən çıxması barədə qərarını qüvvəyə mindirən fərman imzalayıb", - parlamentari yazıb.

O qeyd edib ki, məsələnin Ali Radada müzakirə ediləcəyi gözlənilir.

Bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa Ottava Konvensiyasından çıxdıqlarını bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top