İsraildə məhkəmə Netanyahu ilə bağlı qərar verdi

DÜNYA 29 iyun 2025, 17:05
Qüds Dairə Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun vəkillərinin vəsatətini qismən təsdiqləyib və onu bir həftə müddətinə korrupsiya işi üzrə dinlmələr çərçivəsində ifadə verməkdən azad edib.

Demokrat.az bu barədə "Ynet" portalına istinadla xəbər verir.

Məlumata görə, bu qərarı hakimlər baş nazirin tələbi ilə keçirilən qapalı iclasdan sonra qəbul ediblər.

Bir neçə gün əvvəl Netanyahunun vəkilləri İranla vəziyyətin gərginləşməsi və digər regional hadisələr fonunda baş nazirin bütün vaxtını Qəzza zolağındakı müharibə və orada saxlanılan girovların azad edilməsi məsələsi də daxil olmaqla, siyasi və təhlükəsizlik məsələlərinə həsr etməli olduğunu əsas gətirərək, baş nazirin ifadəsinin iki həftə təxirə salınmasını istəmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top