Tovuzda dönərdən zəhərlənənələrin sayı 28 çatdı — YENİLƏNİB

HADİSƏ 25 iyun 2025, 21:50
Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb. 

Demokrat.az xəbər verir ki, bir neçə nəfər zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onlar arasında azyaşlı da var. Hazırda həmin şəxslərin müalicələri davam edir.

***

Dönərdən zəhərlənənlər Xaliq Əliyev (2022), Aysu Cəfərova (2007), Xatirə Musayeva ( 1979), Ruslan Əmraslanov ( 2008), Rəvan Eyvazov (2017), Ramal Eyvazov ( 2013), Daşdəmir Eyvazov ( 1983),  Pünhanə Əkbərli ( 2006), Emil Kərimli (2016), Elif Kərimli ( 2018), Səhanə Əliyeva ( 1997), Aygün Hüseynova ( 2006) və Əli Əliyevdir.

***

Dönərdən zəhərlənənlərin sayı 21-ə çatıb.(Qafqaznfo)

***

Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub. Onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.(report.az)

****

Bu gün saat 16:56 radələrində 28 nəfər (13-ü kişi, 15-i qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.  (report.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top