Azərbaycanda vəkillərin sayı ilbəil artır. 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6 min 70 namizəddən 1820-si uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyanın (VK) üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunacaq.
Demokrat.az xəbər verir ki, bu barədə VK-nın sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.
O deyib ki, andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatacaq: "Namizədlərdən 60-ı kişi, 32-si qadındır. Onlardan 20-si regionlarda, 72-si paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq, ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib", - deyə A. Bağırov vurğulayıb.
O əlavə edib ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində VK-nın baş ofisinin - Vəkil Evinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.