İsrail İranla atəşkəs qərarını elan etdi — RƏSMİ BƏYANAT

DÜNYA 24 iyun 2025, 15:04
İsrail İranla atəşkəs qərarını elan edib.

AzPost bildirir ki, bununla bağlı İsrail hökuməti bəyanat verib

Bəyanatda deyilir:

“Dünən axşam Baş nazir Benyamin Netanyahu müdafiə naziri, Baş Qərargah rəisi və Mossad rəhbəri ilə təhlükəsizlik kabinetinin iclası keçirərək İsrailin “Aslanın cəsarəti ilə” əməliyyatının bütün məqsədlərinə çatdığını, əksinə, onları üstələdiyini açıqladı.

İsrail Dövləti nüvə və ballistik raketlərin dərhal mövcud olan ikili təhlükəsini aradan qaldırdı.

Bundan əlavə, İDF Tehranın hava məkanına tam nəzarəti ələ keçirib, İranın ali hərbi komandanlığına sarsıdıcı zərbə vurub və onlarla əsas hökumət infrastruktur obyektlərini məhv edib.

Hətta son 24 saat ərzində İDF Tehranın mərkəzindəki güc mərkəzlərinə zərbələr endirərək, yüzlərlə Bəsic yaraqlısını məhv edib və daha bir yüksək rütbəli nüvə mütəxəssisini öldürüb.

İsrail İranın nüvə təhlükəsinin aradan qaldırılmasında göstərdikləri dəstəyə və iştiraka görə prezident Trampa və Amerika Birləşmiş Ştatlarına minnətdarlığını bildirir.

Əməliyyatın strateji məqsədlərinə nail olunması ilə əlaqədar olaraq və prezident Trampla tam razılıq əsasında İsrail onun ikitərəfli atəşkəs təşəbbüsünü qəbul edib.

İsrail atəşkəs şərtlərinin hər hansı pozulmasına son dərəcə qətiyyətlə cavab verəcək.

İsrail vətəndaşlarından atəşkəs tam təsdiqlənənə qədər Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etməyə davam etmələri tələb olunur.

Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik.

Baş nazir gün ərzində rəsmi müraciətlə çıxış edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top