
Aktrisa Nilperi Şahinkaya “Gelin takımı 2” filminin çəkilişində dava salıb.
Demokrat.az xəbər verir ki, Nilperi Seda Bakan, Ecem Erkek, Şebnem Bozoklu və Fırat Çelik kimi komanda yoldaşları ilə birgə qaldıqları hotelin barına gedib.
Bu zaman Nilperi ilə Fırat mübahisə etməyə başlayıb. Jurnalist Birsen Altuntaşın əldə etdiyi məlumata görə, Nilperi Fıratdan onun bir vaxtdan məhkəməlik olduğu Burak Denizin ad gününü niyə təbrik etdiyini soruşub.
Fırat isə B. Denizin dostu olduğunu bildirib. Bundan sonra, gərginlik daha da artıb. Sərxoş olan N. Şahinkaya masadakı stəkanları atmağa başlayıb. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsa da, alınmayıb. Hətta Nilperini dayandırmağa cəhd edən Şebnem Bozoklu stuldan yıxılınb Sənətçi dostları Şahinkayanı idarə edə bilmədikləri üçün bardan uzaqlaşıb.
Hadisənin ertəsi gün Nilperi davranışına görə həmkarlarından üzr istəyib. Filmin çəkilişlərinin tamamlanması üçün sənətçilər üzrünü qəbul edərək işlərinə davam edib.
Qeyd edək ki, Burak Adanada bir hoteldə Nilperini narahat etmiş, məsələ məhkəməyə qədər getmişdi.

