
Xalq artisti Aygün Kazımova estrada aləmində daha bir yeniliyə imza ataraq, fərqli formada albom hazırlayır. Albomda Pop kraliçanın illərdir hit olan mahnıları digər sənət adamlarının ifasında səslənəcək.
Axşam.az-ın məlumatına görə, albomda yer alacaq daha bir ifaçının adı bəlli olub. Belə ki, Kazımovanın qızı İlqarə Kazımova da anasının mahnısını oxuyacaq. Bu haqda İlqarə “Gün ortası” verilişində danışıb:
“Aygün Kazımova ilə duet planlaşdırıram. Yalnız onunla duet oxuyacağam. Anamın albomu çıxacaq. Mahnılarını bizim sənətçilərimiz oxuyacaq. Mən də onun bir mahnısını ifa etmişəm. Artıq hazırdır. Çıxanda tamaşaçılar görəcək”.