Atasının vəsiyyətini yerinə yetirdi

ŞOU-BİZNES 21 iyun 2025, 21:12

Aparıcı Xoşqədəm Hidayətqızı uzun fasilədən sonra "Günaydın, Azərbaycan" proqramında efirə çıxıb. 

Axşam.az xəbər verir ki, aparıcı bir müddət əvvəl vəfat edən atası Hidayət Baxşəliyevin arzusunu gerçəkləşdirdiyini deyib:

"Anamdan sonra efirə çıxmadım. Atam isə çox istəyirdi efirdə olum. Atamın ölümündən 3-4 gün əvvəl idi. Atamla anamın verilişimdə olan bir çıxışını izlədik. Dedi ki, birdən məndən sonra oturub gözləyərsən, gözləmə çıx efirə. Bilirdi ki, tamaşaçılar darıxır mənim üçün.

Bu gün qoymayacam ağalayasınız. Kədərlə sevinc yanaşıdır. Allah gənc ölümlərdən qorusunş Mənə çətindir, amma nə edək? Efirdir, işimizi görəcəyik".

Qeyd edək ki, aparıcının atası xərçəngdən əziyyət çəkirdi. Xoşqədəm bir müddət əvvəl anası Ofeliya Baxşəliyevanı da itirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 23:07
Top