"Müasir dövrdə mənim ifama dəyər verilmir. "Bayatı şiraz"ım dövlət tərəfindən qorunur. 11 yaşımda oxumuşam, Qızıl Fondda saxlanılır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Etiraf" verilişində deyib. İfaçı Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun onun "Bayatı şiraz"ını oxumasından danışıb. T.Şahmalıoğlu Kənanın ifasını süni adlandırıb:
"Bunu oxuyan bayağıdan istifadə edilir, orijinal qalıb kənarda. Mənim əvəzolunmaz "Bayatı şiraz"ımı ört-basdır edir, bayağını qaldırırlar. Bu, düzgün deyil. Rusiyada el şənliyinə dəvət almışdım. Məndən əvvəl rəqqaslar çıxdı, mənim "Bayatı şiraz"ımla rəqs etdilər. Amma bayağı, Təyyar Bayramovun oğlunun oxuduğu, kompüterlə düzəldilən versiya səsləndirildi. Təşkilatçı gəldi ki, görürsüz, məclisə sizin ifanızla başlayırıq. Dedim, gözəl təşəbbüsdür. Amma siz orijinalla sünini ayırd edə bilmirsiniz. Məndə olan versiyanı göndərdim, dedim əsildən istifadə edin".