"Elektrikli avtomobillərin ümumən daxili sistemlərinə baxdığımızda daxiliyanma avtomobillərdən daha sadə və yanmaya daha az riskli bir quruluşda hazırlandığını görə bilərik. Sözsüz ki, problemsiz avtomobil yoxdur. Buna benzin, dizel və ya elektrik avtomobillər də daxildir. Amma dünya statistikasına baxdığımızda hələ də faiz nisbəti ilə daxili yanma mühərrik avtomobillərin daha çox yanmaya meyilli olduğunu görmək olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib.
"Sözsüz ki, bütün bunlara da səbəb ilk növbədə bu avtomobillərə edilən peşəkar olmayan müdaxilələr, əlavə konstruksiyaların qoşulmaları və.s-dir".
Ekspert bildirib ki, sırf elektrikli avtomobillərin yay aylarında yanmasına gəldiyimizdə, bu anlayış ümumən tamamilən yanlış bir anlayışdır və səhv yanaşmadır:
"Belə hallar mövcud deyil və fəsilin bu kimi problemlərə səbəbiyyət verdiyi tamamilə əsassızdır. İstər yay aylarında istərsə də digər fəsillərdə elektrikli avtomobillər stabil vəziyyətdə çalışır və onların batareyalarının qoruyucu sistemləri hər zaman istənilən vəziyyətdə batareya temperaturunu normada saxlayır. Bu sistemdə hansısa bir problem olarsa ümumi sistem xətası verilir və avtomobil qoruma rejiminə keçir.
Elektrikli avtomobil almaq istəyən və ya istifadə edən şəxslər bu məsələdə qətiyyən narahat olmamalıdır".
Əfsanə Kamal
Demokrat.az